«Sumqayıt şəhər stadionunda meydançanın quraşdırılmasına 2 gündən sonra başlayacağıq. Yəqin ki, nəticəni 2 həftədən sonra görəcəyik». Fanat.az xəbər verir ki, bu sözləri «Sumqayıt»ın prezidenti Kamran Quliyev deyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bir müddəti təmir işləri getdiyindən komanda ev oyunlarını Bakıda – «Bayıl Arena»da keçirir. Quliyev bildirib ki, gələn mövsüm komanda bütün ev oyunlarını doğma şəhərdə oynayacaq: «Biz Sumqayıtı futbolsuz təsəvvür edə bilmərik. Müvəqqəti olaraq Bayılda çıxış edirik və artıq geri qayıtmağa hazırlaşırıq».
Fanat.az