Sumqayıt stadionundan “Report”-un reportajı-FOTOLAR

1540

Sumqayıt şəhər stadionunda işlər yekunlaşmaq üzrədir.

Bu barədə “Report”a müsahibəsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev deyib.

Klub rəhbəri bildirib ki, artıq stadionda hazırlıq işlərinin son mərhələsidir: “Xırda kosmetik işlər qalıb. Plana əsasən, noyabr ayının sonlarında stadion tam hazır vəziyyətdə olacaq”.

Riad Rəfiyev stadionun tutumu ilə bağlı müəammalara da aydınlıq gətirib: “Arena 10 min azarkeş tutumuna malik olacaq. İki tablo quraşdırılacaq. İlk oyunu keçirmək üçünsə bir müddət də gözləməli olacağıq. Çünki yeni əkilən qazonun tam hazır olması üçün müəyyən qədər zamana ehtiyac duyulur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər