Sumqayıt teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq

1361

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü sentyabrın 25-də açacaq. Kollektiv mövsümün ilk tamaşası olaraq N.Muradoğlunun “Zülmətdə nur” adlı yeni səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov AZƏRTAC-a bildirib ki, tamaşa 1937-ci il repressiya qurbanlarının, əsasən də milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavid ailəsinin faciəvi həyatından bəhs edir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas obrazları Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.

Tamaşada Hüseyn Cavid ilə bərabər, o dövr İ.Stalin və M.Bağırov siyasətinin qurbanları olan Əhməd Cavadın və Mikayıl Müşviqin, onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın repressiya əzablarına dair səhnələr yer alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər