Sumqayıt Teatrı Bakıda “Anamın kitabı” tamaşasının premyerasını etdi

600

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının kollektivi tərəfindən milli dramaturgiyamızın parlaq nümayəndələrindən Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında hazırlanmış “Anamın kitabı” tamaşasının Bakıda premyerası olmuşdur.

AzərTAc xəbər verir ki, paytaxtın teatrsevərləri tamaşanı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində izləmişlər.
Tamaşanın quruluşçu rejissoru Sumqayıt Dövlət Musiqili-Dram Teatrının baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Əsas rolları Xalq Artisti Səidə Quliyeva (Zəhra Bəyim), Əməkdar artistlər Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Şəlalə Şahvələdqızı (Gülbahar), Sevinc Əliyeva (Zivər xanım), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal) və digərləri ifa etmişlər.
Premyera alqışlarla qarşılanmışdır. Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər