1968-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” tragikomediyası ilə sevindirdi.1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı statusu aldı.Biri-birinin ardınca bu teatra işləməyə gələn Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirlərini öyrətməklə yanaşı samballı tamaşaların hazırlanmasında da əllərindən gələni əsirgəmədilər. “Toy” (S.Rəhman), “Müsibəti Fəxrəddin” (N.B.Vəzirov), “Maskarad” (M.Lermantov), “Arvadımın əri” və “Elbrus evlənir” (G.Xuqayev), “Tribunal” (A.Makayonak), “Solğun çiçəklər” (C.Cabbarlı), “Skapenin kələkləri” (Molyer) və s. məhz həmin illərin məhsuludur.1981-ci ildə Moskva şəhərində keçirilən “Ümumittifaq teatr festivalı” nda Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası ilə çıxış edən Sumqayıt teatrı festivalın II dərəcəli diplomuna, N.Nərimanovun obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülmüşdülər.O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən cənab Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatr kollektivini təbrik etmiş və teatr sənətinin dərin bilicisi olan teatrşünas kimi tamaşanı təhlil etmişdir. Teatr kollektivinə yeni uğurlar diləyən ulu öndərimiz teatın bütün heyəti ilə birlikdə xatırə şəkili də çəkdirmişdir.Böyük Oktyabr Sosialist inqilabının 60 illiyinə həsr olunmuş “SSRİ xalqlarının ümumittifaq dramaturgiya və teatr sənəti festivalı”-nda K.Bokaryevin “Poladəridənlər” əsəri ilə çıxış edən teatr kollektivi müvəffəqiyyət qazanmış və festivalın III dərəcəli diplomuna layiq görülmüşdür.Hər iki əsəri o vaxtlar gənc olan, hal-hazırda Respublikanın Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaya hazırlamışdır.Dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq teatr,1982-ci ildə yazıldığı vaxtdan tamaşası hazırlanmamış “Afət” əsərinin səhnələşdirməyi qərara alır.Əsərə Oruc Qurbanov səhnə həyatı verir. (Tamaşanın quruluşçu rəssamı Nabat Qurbanova, bəstəkarı Elza İbrahimova) Afət rolunun ifaçısı Hicran Mehbalıyeva məhz bu tamaşadan sonra Respublikanın Əməkdar artisti Fəxri adına layiq görülmüşdür.”Afət” tamaşasından sonra Oruc Qurbanov teatrın səhnəsində bir birinin ardınca “13”-cü sədr”(A. Abdulin), “Oqtay Eloglu”(C.Cabbarlı), “Dağlar arxasız olmur” (C.Yusifzadə), “Cahargah fantaziyası” (K.Kərimov), “Təhminə və Zaur” (Anar) və s.əsərlərə quruluş vermişdir.1985-ci ildən 1989-cu ilədək teatrın baş rejissoru olan Y.Əkbərovun tamaşaya qoyduğu “Bəxt üzüyü” (Vaqif Səmədoğlu) komediyası uzunömürlü olmaqla yanaşı, həm də tamaşaçılar tərəfindən sevilərək baxılan tamaşalardan biri olmuşdur. Hal-hazırda Respublikanın Xalq artistləri olan Afaq Bəşirqızı, Valeh Kərimov, Vaqif Əliyev, Məzahir Süleymanov, əməkdar artist Sabir Məmmədov və s. rejissor Y.Əkbərovun rəhbərliyi ilə samballı aktyor ansamblı yaratmış və tamaşaya uğur qazandırmışdırlar.Sumqayıt teatrı bir cox istedadlı aktyor və rejissorları yetişdirmişdir. Bunlara misal olaraq Respublikanın Xalq artistləri rejissor Ağakişi Kazımovu, Mərahim Fərzəlibəyovu, Afaq Bəşirqızını, Vaqif Əliyevi, Valeh Kərimovu, əməkdar artistlər Oruc Qurbanovu, Rafiq Hacıyevi, Səmayə Sadıqovanı, Tofiq Bayramovu, Kazım Abdullayevi, Elmira Həşimzadəni, Hicran Mehbalıyevanı, Əli Nurini, Sabir Məmmədovu, əməkdar rəssam Mübariz Gəncəlini, əməkdar mədəniyyət işcisi İlqar Cəfərovu göstərmək olar. Valeh Kərimov, Svetlana Həkimova, Növrəstə Həşimova və əməkdar rəssam Mübariz Gəncəli teatra sadiq qalaraq, bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında calışırlar.1992-ci ildə Musiqili Dram teatrı statusu alan Sumqayıt teatrı öz repertuarını Milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdimişdir. Teatrın səhnəsində tamaşaya qoyulan “Arşın mal alan”(Ü.Hacıbəyov), “Subaylarınızdan görəsiniz”(S.Ələsgərov və İsi Məlikzadə), “Dünyaxanım ev axtarır” (Lalə Darvin və A. Həsənoğlu) əsərləri sevilə-sevilə baxılan tamaşalar sırasına cıxmışlar. 1995-ci ildə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” əsərinə müraciət edən kollektiv, 1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50- illik yubileyinə həsr olunmuş Beynəlxalq teatr festivalına dəvət almışdır. Bu dəvətə çox ciddi hazırlaşan kollektiv festivalda uğurla cıxış etmiş və festivalın xüsusi prizinə layiq görülmüşdür.Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov isə “Klassik əsərlərə cürətli müdaxilə” diplomuna layiq görülmüşdür. Sumqayıt teatrının bu günkü nailiyyətləri göz qabağındadır.Teatrın aktyor və rejissorları 1990-cı ildən bu günə kimi Azərbaycan teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdikləri “Mono-tamaşalar” festivallarında mütəmadi olaraq çıxış edərək, festivalın diplom və Fəxri fərmanlarına layiq görülüblər.2003-cü ilin aprel ayının 3-də Sumqayıt şəhərinə gələn ümummilli liderimiz Heydər Əliyev şəhərin fəalları qarşısındakı çıxışında Sumqayıt teatrının işini yüksək qiymətləndirmişdir. Ulu öndərimizin verdiyi yüksək qiymətdən fərəhlənən kollektiv yeni tamaşalar üzərində uğurla işə başladı. Bir-birinin ardınca hazırlanan M.Mayomenin “Lotoreya”, M.F.Axundovun “Hekayəti xırs quldurbasan”, N.Hikmətin “Bayramın birinci günü”, Ç.Aytmatovun “Ümid sahili”, H.Cavidin “Ana”, A.Babayevin “Xilaskar” tamaşaları məhz həmin dövrün məhsullarıdır. 2003-cü ildə teatr H.Cavidin “Ana” faciəsinə müraciət edir. Yaradıcı heyət belə təsdiqlənir: Quruluşçu rejissor Vasif Məmmədov, quruluşçu rəssam əməkdar rəssam Mübariz Gəncəli, Rollarda: Ana – əməkdar artist Ulduzə Nəsirova, Orxan- Rauf Ağakişiyev, İsmət- Əsmər Qurbanova, Qanpolad- Dağlar Rüstəmov.2007-ci ildə kollektiv H.Cavidin 125 illiyinə həsr olunmuş “Xəzan yarpaqları” tamaşasını hazırlayır. Tamaşanın ssenarı müəllifi və quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı əməkdar rəssam Mübariz Gəncəli olmuşlar. H.Cavid obrazını əməkdar artist Namis Şirməmmədov, Müşkünaz xanım – İlahə Səfərova, İblis -Xalq artisti Məzahir Süleymanov yaratmışdılar. Teatr 14 iyun 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə ümummilli liderimiz Heydər Əliyevin 2000-2003-cü illərdəki fəaliyyətinə həsr olunmuş Aqşin Babayevin “Xilaskar” tamaşası ilə Naxçıvan Muxtar Respublikasında qastrol səfərində olmuş, tamaşa ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Kollektiv Naxçıvan Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən “Fəxri Fərmanla” təltif olunmuşdur.Teatr Bakıda keçirilən “Boş məkan” teatr festivalında Ç.Aytmatovun “Ümid sahili”, Gəncədə keçirilən “Yeni teatr” Respublika festivalında Fernando Arrabalın “Fando və Lis” psixoloji dramı ilə çıxış etmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin diplomuna, Y.Onilin “Qarağaclar altında məhəbbət” tamaşası isə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.Bundan sonra kollektiv yarandığı gündən bəri ilk dəfə olaraq xarici səfərdə, Türkiyənin Ankara şəhərində “Uluslararası Teatr” Festivalında C.Qolsuorsinin “Birincilər və sonuncular” tamaşası ilə iştirak edərək festivalın diplomuna layiq görülmüşdür27 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının 40 illik yubiley gecəsi təntənə ilə qeyd olundu.Gecədə Azərbaycan Respublikası Prezidentinin 25.09.2008-ci il tarixli sərəncamı elan olundu. Sərəncama əsasən teatrın 17 nəfər işçisi Respublikanın Fəxri adları -2 nəfər “Xalq artisti”, 6 nəfər “Əməkdar artist”, 3 nəfər “Əməkdar mədəniyyət işçisi”, 6 nəfər isə “Tərəqqi” medalı ilə təltif olundular. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən hal-hazırda teatrda 1 nəfər Prezident təqaüdçüsü, 3 nəfər isə Prezident mükafatçısı çalışır.Teatrın repertuarında Azərbaycan müəllifləri ilə yanaşı xarici dramaturqların da əsərləri özünəlayiq yer tutur. Bunlardan C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” , T.Vəliyevanın “Mənim ağ göyərçinim”, Anarın “Yaxşı padşahın nağılı” , Ç.Aytmatovun “Ümid sahili”, Y.Onilin “Qarağaclar altında məhəbbət”, N.Dumbadzenin “Ağ bayraqlar”, Ə.Əmirlinin “Varlı qadın”, A.Şaiqin 0. “Qaraca qız”, C.Qolsuorsinin”Birincilər və sonuncular”, A.Babayevin “Xilaskar” M.Haqverdiyevin “Ağ ölüm” və “Fədakarlıq”, Ə.M.Lələdağın “Dağlarda tufan”, F.Mustafanın “Qarışqa tələsi”, Y.Əzimzadənin “Nəsrəddin”, R.Əlizadənin “Dadaşbala əməliyyatı”, Ə.Haqverdiyevin “Şah”və s.göstərmək olar.