Sumqayıt Teatrı premyeraya hazırlaşır - “Mamoy kişinin yuxuları”

1642

Sumqayıt Dövlət Dram teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Olaylar.az bildirir ki, teatrın cari repertuarında təsdiq edilmiş yeni əsər xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” adlanır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Namis Şirməmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir. Tamaşada əsas obrazları əməkdar artist İlahə Səfərova, aktyorlar Dağlar Rüstəmov, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmrullayeva, Sevda Hüseynova, Akif Mirzəyev, Yalçın Səlimov, Vaqif Səmədzadə, Siyavuş Mahmudov, Vəfa Qurbanova və başqaları ifa edirlər.

Tamaşanın premyerası noyabr ayının əvvələrində baş tutacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər