Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında İradə Gözəlovanın səhnələşdirdiyi “Dədə Qorqud” (bir ailənin tarixçəsi) pyesinin məşqləri gedir.
Teatrın direktoru Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov AzərTAc-a bildirmişdir ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Əməkdar Rəssam Mübariz Gəncəli, geyim üzrə rəssam Nizami Dadaşovdur.
Rolları respublikanın Əməkdar Artisti Fərqanə Musayeva, İlqar İbrahimov, Mövsüm İbrahimov, Habil Xanlarov, Vəfa Qurbanova, İlahə Səfərova, Oqtay Mehdiyev və başqaları ifa edirlər.
Dövlət sifarişi ilə hazırlanan tamaşanı teatr mövsümünün sonunadək təhvil verilməsi nəzərdə tutulmuşdur.
Ətrabə Rzayeva