Mədəniyyət və Turizm Nazirliyinin H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında (SDMDT) “Ələddinin sehrli çırağı” tamaşasının son məşqləri gedir.
Teatrın drektoru Mehman Şükürov SalamNews-ə bildirib: ”Əsəri tamaşaya istedadlı rejissor Könül Şahbazova hazırlayır. Aprel ayında sumqayıtlı tamaşaçıları daha bir səhnə əsəri ilə sevindirəcəyik. Bu, Elçinin “Qatil” pyesinin tamaşası olacaq. Əsəri teatrın baş rejissori Firudin Məhərrəmov hazırlayır. Hər iki tamaşada teatrımızın aparıcı aktyorları oynayırlar”.
Sumqayıt teatrının builki repertuarına İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” (rej. Mərahim Fərzəlibəyov), M.Tvenin “Şahzadə və dilənçi” (rej. Ukraynadan dəvət olunmuş Tatyana Şevçenkodur), M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah”(rej. F.Məhərrəmov) tamaşaları da daxildir.
Teatr may ayında Xızı, Quba, Xaçmaz, Qusar rayonlarına və sonra Şamaxıya qastrol səfərlərinə yola düşəcək. Yaradıcı kollektiv qastrol tamaşalarına Azərbaycanın Xalq Artisti Valeh Kərimovun baş rolda oynadığı və quruluşmu rejissoru olduğu “Gəl qohum olaq” əsəri ilə başlayacaq. Bakı, 31 mart, SalamNews, Ş.Nəzərl
Sumqayitda usaq tamashalari olur? bayram gunlerinden basqa?? usaqlar teatra aparmaq isterdim.