Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının yaradıcı kollektivi xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında yeni tamaşa hazırlayıb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı əməkdar rəssam Mübariz Gəncəlidir. Həsənzadə obrazını xalq artisti İlham Əsgərov və Rauf Ağakişiyev, Nargilə obrazını Sədaqət Nuriyeva və Vəfa Həsənova canlandırırlar. Tamaşada, həmçinin, əməkdar artistlər Fəranə Musayeva, Ulduzə Nəsir və başqaları oynayırlar. Tamaşa yaxı günlərdə teatrsevərlərə təqdim olunacaq.
Tamaşa 19 fevral saat 16:00-da Sumqayıt Dram Teatrında olacaq.