SUMQAYIT TEATRINDAN MARAQLI ADDIM: “Evdə qal, tamaşa izlə”

1248

Sumqayıt Dövlət Dram Teatrı aprelin əvvəlindən“Evdə qal, tamaşa izlə” devizi ilə hər həftə teatrsevərlərin virtual görüşünə gəlməyi nəzərdə tutur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mövcud karantin vəziyyətdə insanların asudə vaxtlarının təşkili üçün kreativ layihələri çərçivəsində Sumqayıt teatrı sosial şəbəkə üzərindən ay ərzində 12-si axşam, 8-i uşaq tamaşası olmaqla 17 fərqli səhnə əsərini izləyicilərə təqdim edəcək. Həftənin cümə, şənbə və bazar günləri gündüz saat 12:00-da uşaqlar, axşam saat 18:00-da böyüklər üçün canlı yayımla tamaşalar göstəriləcək. Bunlar Abdulla Şaiqin “Qaraca qız”, ərəb xalq nağılı əsasında səhnələşdirilən “Əlibaba və qırx quldur”, Azərbaycan xalq nağılı “Məlikməmməd”, Vilhelm Qaufun “Balacaboy yekəburun”, Mark Tvenin “Şahzadə və dilənçi” uşaq tamaşaları, həmçinin böyüklər üçün Turqut Özakmanın “Ocaq”, Con Patrikin “Qarını Öldürməliyik”, M.F.Axundzadənin “Hacı Qara”, “Müsyö Jordan və dərviş Məstəli şah”, M.B.Marinyenin “Oğru”, Kamran Nəzirlinin “Narkoman”, Elçinin “Qatil”, Əli Əmirlinin “20 ildən sonra”, N.Muradoğlunun “Zülmətdə nur”, Con Qolsuorsinin “Birincilər və sonuncular” və C.Cabbarlının “Solğun çiçəklər” axşam tamaşalarıdır.

Teatrın yaradıcı heyətinin tədbirlər planına əsasən onlayn tamaşalar da hazırlanır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər