Sumqayıt teatrının ən cazibədar aktrisası 25 il sonra üzə çıxdı – FOTO

1907
Bir zamanların ən cazibədar aktrisası, uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan Elmira Həşimzadədən xəbər var.
Milli.Az aktrisanı 25 il sonra tapmağa müvəffəq olub. O, saytımıza açıqlama verərək bunları bildirib:
“Xeyli müddətdir ki, sənətdən uzaqlaşmışam. Uzun illər Sumqayıt Dram Teatrının səhnəsində bir çox rollar oynamışam. Hal-hazırda evdəyəm, istirahət edirəm. 73 yaşım var, artıq özümü sənətdə görmək istəmirəm. Onu da deyim ki, iki nəvəm var, başım nəvələrimə qarışıb”, – deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisa teatr yaradıcılığı ilə yanaşı bir neçə filmdə də çəkilib. Sənətdən uzaqlaşandan sonra aktrisa mətbuatla əlaqəsini kəsmişdi.

Sumqayıt teatrının ən cazibədar aktrisası 25 il sonra üzə çıxdı - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər