Martın 1-də “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Sumqayıt Təhsilə Dəstək Mərkəzinin açılışı keçiriləcək.
Sumqayıt şəhəri 11 saylı orta məktəbin ərazisində yerləşən Sumqayıt Təhsilə Dəstək Mərkəzinin bu tədbirində şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət və QHT nümayəndələrinin iştirakı nəzərdə tutulub. Tədbir iştirakçılarının Mərkəzdə uşaqların təhsil səviyyələrinin yüksəldilməsi, təhsil hüquqlarının qorunması üçün təşkil olunmuş xidmətlərlə yaxından tanış olmaq imkanları olacaq.
Xatırladaq ki, SOS Uşaq kəndlərinin missiyası valideyn himayəsindən məhrum uşaqları ailə əsaslı qayğı ilə əhatə etməkdir. Dövlətin fəal iştirakı, diğər donorlar və fərdi xeyriyyəçilərin də dəstəyi ilə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndlərində 170 uşağa ailə mühiti yaradılıb. Bundan əlavə, Assosiasiyanın 10-a yaxın müxtəlif sosial layihələri çərçivəsində il ərzində minlərlərlə uşaq müxtəlif yardımlardan faydalanır.
Qeyd edək ki, tədbir 13:oo-da Sumqayıt şəhəri 11 saylı orta məktəbdə keçiriləcək.