Sumqayıtdakı Gənclər evində “Sumqayıt tələbələri” İctimai Birliyinin “Tələbələr arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsinin təqdimatı olub. Layihə Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Layihənin təqdimatında şəhərin ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının nümayəndələri, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Təqdimatda “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihənin məqsədi – şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasının şagirdlərə mənimsədilməsi, bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaq barədə məlumat verib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxışında gənclərin ictimai fəallığının artırılması, şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirməyin vacibliyini qeyd edib.
Ekspert, təlimçi Ramil Süleymanov layihə çərçivəsində görüləcək işlərdən danışıb.
Qeyd edək ki, 3 ay müddətində icrası nəzərdə tutulan layihədə 3 təlim olmaqla, ümumilikdə, 140 nəfərin iştirakı nəzərdə tutulur. Təlimlərin yekunu olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.https://azertag.az/files/galleryphoto/2019/3/1000×669/15746883193081425853_1000x669.jpg