Sumqayıt Təlim-Tədris Mərkəzində ilk məzunların – tornaçıların buraxılış imtahanları keçirilib

733

Bu gün – aprelin 1-də Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıt Təlim-Tədris Mərkə­zində (STTM) gənc mütəxəssis-fəhlələrin ilk buraxılış imtahanı olmuşdur. «Azəri­kim­ya» İstehsalat Birliyinin, ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi rəhbər­li­yi­nin, həmçinin respublika mətbuatı nümayəndələrinin iştirakı ilə keçirilən imtahan zamanı səna­ye müəssisələri, o cümlədən kimya sənayesi üçün mühüm peşələrdən biri olan tornaçı ixti-sası üzrə texniki peşə təhsili almış 12 nəfər gənc imtahan komissiyası qarşısında öz nə­zə­ri biliklərini və praktiki bacarıqlarını nümayiş etdirmişlər.

İmtahan başlamazdan əvvəl ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sum­­qayıt Təlim-Tədris Mərkəzinin pedaqoji kollektivi bu cür müasir texniki təlim-tədris ocağının yaradılması, gənclərin yüksək səviyyədə müxtəlif  fəhlə ixtisaslarına yiyələnməsi üçün diqqət və qayğı göstərmiş ölkə Prezidentinə dərin minnətdarlıq ifadə etmişdir. Məmnun­luqla bildirilmişdir ki, 2-mərtəbəli tədris korpusuna, ix­ti­­sas­laşmış auditoriyalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki ava­danlıqlarla – müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edil­miş STTM-də ötən ilin sentyabrında test imtahanı yolu ilə qəbul edilmiş 100 nəfər gənc müxtəlif fəhlə peşələri – aparatçı, tornaçı, maşinist, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. peşələr üzrə yüksək texniki təhsil almaq imkanı əldə etmişlər.

Diqqətəlayiqdir ki, ixtisasdan asılı olaraq hər biri 6 və 10 ay davam edən kurslar zamanı gələcək mütəxəssislər STTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı «Azəri­kimya»nın müəssisələrində də istehsalat təlimi keçirlər.

Bu gün ARDNŞ-in vitse-prezidentinin müşaviri Asif Şəfəqqətovun sədrlik etdiyi imtahan komissiyası, o cümlədən «Azərikimya» İB-nin baş mütəxəs­sisləri qarşısında peşə imtahanı verən tələbə-tornaçılar da yanvar-fevral aylarında Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşə­kar tornaçıların və STTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin nəzarəti altın­da istehsalat təcrübəsində olmuş, müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələnmişlər. Bunu imtahanın nəticələri də təsdiq etmişdir – STTM -in ilk məzun­ları müvafiq nəzəri bilik və praktik bacarıq nümayiş etdirərək, sabahın gənc torna­çıları kimi istehsalata vəsiqə almışlar.

Tədbirdə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayev və ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov  STTM-in rəhbərliyini və gənc tornaçıları ilk buraxılış münasibətilə təbrik etmiş, məzunlara gələcək əmək fəaliyyətlərində uğurlar arzula­mışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər