Sumqayıt Təlim-Tədris Mərkəzində təhsil alan gənc fəhlə kadrları istehsalat təcrübəsində

676

ARDNŞ-in Sumqayıt Təlim-Tədris Mərkəzində (STTM) texniki peşələrə yiyələnən gənc fəhlə kadrların ilk dəstələrindən olan gələcək tornaçılar «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində – Etilen-polietilen, Mexaniki-təmir zavodlarının və Tikinti-təmir İdarəsinin mexaniki sexlərində iki aylıq istehsalat təsrübəsinə başlamışlar. Müasir standartlar səviyyəsində qurularaq, müasir texniki tədris üçün yüksək elmi-texniki bazaya malik olan və fəaliyyətə ötən ilin sentyabrında başlayan STTM-in ilk  məzunları olacaq tornaçılar təcrübə keçdikləri sahələrdə müasr tələblərə uyğun, eləcə də kompüter sistemi üzrə işləyən dəzgahlarda öz müəllimləri və istehsalat ustaları tərəfindən seçdikləri peşənin sirlərinə praktik olaraq daha mükəmməl yiyələnə biləcək, peşəkar vərdişlər əldə edəcəklər. Gənc kadrların istehsalat təlimləri mart ayının ortalarınadək davam edəcəkdir.

Qeyd etmək lazımdır ki, Təlim-tədris Mərkəzində fəhlə ixtisasları üzrə yüksək texniki təhsil alan gələcəyin digər gənc kadrları – kompressor-qurğu maşinistləri, nəza­rət-ölçü cihazları çilingərləri, elektrik avadanlıqlarının təmiri və texniki xidməti, texnoloji avadanlıqlar üzrə operatorlar və digərləri də. da peşə təhsili müddətində periodik olaraq «Azərikimya»nın sex və istehsalatlarında əmək təcrübəsi keçirlər. Bu isə həm təhsil- zavod əlaqələrinin güclənməsi ilə yanaşı, gələcək fəhlə kadrların istehsalata daha tez alışmasında, seçdikləri peşələr üzrə elə ilk günlərdən təcrübə qazanmalarında, əmək vərdişlərinə daha səylə yiyələnməkdə mühüm rol oynayır.

Bugünlərdə Birlik rəhbərliyinin nümayəndələri növbəti dəfə Təlim-tədris Mərkəzində olmuş, şagird-müəllim heyəti ilə görüşmüşdür. Onlar müxtəlif peşələr üzrə Mərkəzdə təhsil alan gənclərin öz ixtisaslarına mükəmməl yiyələnmələri, sabahın gənc fəhlə kadrları kimi yüksək səviyyədə hazırlanması və formalaşdırılmaları üçün görülən işlər, hə­yata keçirilən tədbirlər və tədris prosesi ilə maraqlanmışlar.

Birlik nümayəndələri burada təhsil alan gənclərin arzu və təkliflərini dinləmiş, təlim-tədris otaqlarını gəzərək təhsil prosesi ilə yerindəcə tanış olmuş, sual-cavab əsasında şagirdlərin nəzəri biliklərinin, həmçinin təcrübi vərdişlərinin yüksək səviyyədə olduğu­na əmin olmuşlar.  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər