Sumqayıt Texnologiya Parkının yeni yaratdığı törəmə şirkətin – Direktoru Dəyişdi

1976

Sumqayıt Texnologiya Parkının 2020-ci ilin oktyabrında yaratdığı törəmə şirkətinin direktoru dəyişdi.

Əliyev Fərhad Əşrəf oğlu “STP Alüminium” MMC-nin baş icraçı direktoru (CEO) təyin edilib.

“STP Alüminium” ötən il yaradılıb, nizamnamə kapitalı 100 min manatdır.

Buna qədər şirkətin baş icraçı direktoru Ahmet İlhan Taşkıran idi.

Əliyev F.Ə. 4 ilə yaxındır ki, Sumqayıt Texnologiya Parkında çalışır. O, STP-də yenicə vəzifəyə təyin edilib. 2021-ci ilin yanvarından etibarən ona Biznes idarəsinin direktorluğu vəzifəsi həvalə edilib. Buna qədər isə Proseslərin inkişaşfı departamentinin direktoru kimi çalışıb.

Xatırladaq ki, STP-də Alüminium və mis profilləri zavodu, Kabel Zavodu, Polimer Məmulatlar Zavodu, Elektrik Avadanlıqları Zavodu, Sendviç Panelləri Zavodu, Mexaniki Emal Zavodu, Qaynaq Quraşdırma Zavodu, Metaləritmə Zavodu, Antikorroziya Örtükləri Zavodu və Texniki Qazlar Zavodu fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər