“Sumqayıt Texnologiyalar Parkı” işçi axtarır – VAKANSİYA

4787

Sumqayıt Texnologiyalar Parkı 

Vəzifənin adı: Metaləritmə zavodu, Qaz kəsicisi

Vəzifə öhdəlikləri:

• Zavodun ərazisindəki metal şixtənin müəyyən olunmuş ölçülərdə doğranmasını və növbədə FPTM-in qayçısı işləməyən zaman metal pəstahların lazımi ölçüdə kəsilməsini təmin edir.
• Dartıcıdan(zatravka) ayrılmış pəstahın ucunun dərhal kəsilməsini təmin edir .
• İşdən əvvəl kəsici aləti, şlanqları, reduktorları və qaz balonlarını yoxlayır.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri
həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Oksigen və propan qazları ilə işləyərkən texniki təhlükəsizlik və
yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.
• Nasaz və yozlama müddəti ötmüş balonlardan və reduktorlardan
istifadə olunmamasını təmin edir

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər