“Sumqayıt Texnologiyalar Parkı” Korporativ satış üzrə menecer (Beynəlxalq satışlar / Dillerlərlə iş üzrə) vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması, korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, habelə korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• Müəssisə tərəfindən qoyulmuş yığım planının yerinə yetirilməsi;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Müəssisənin işgüzar nüfuzunun qorunması;
• Satış texnikaları üzrə peşəkar biliklərin işdə tətbiq edilməsi;
• Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Təhsil/Təcrübə:
• Ali təhsil (Marketinq üzrə arzuolunanadır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və 2 il sürücülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik düşüncə bacarığına malik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında + Satış həcminə uyğun bonus;
• Müəssisə tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: cv@stp.az