“Sumqayıt Texnologiyalar Parkı” işçi axtarır -VAKANSİYA

1765

“Sumqayıt Texnologiyalar Parkı” təcili tibbi yardım həkimi (Həkim – Paramedik) vəzifəsinə işçi axtarır. 

Vəzifə öhdəlikləri:

 • Peşəkar səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərir;
• Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir;
• Dərman preparatlarının səmərəli istifadəsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
• Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir;
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
• Etik davranış qaydalarına riayət edir.

Vəzifə tələbləri: 

• Ali tibbi təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını bilməlidir;
• Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını bilməlidir;
• Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir;
• Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını bilməlidir;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
• Növbəli iş qrafiki;

E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər