“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təşkilati strukturunda yeniliklər

758

Sumqayıt Texnologiyalar Parkı” MMC ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində səylərin artırılması və təşkilati idarəetmə formasının korporativ standartlara uyğunlaşdırılması məqsədilə holdinq idarəetmə modeli formasında yenidən təşkil edilib.

Yeni fəaliyyət modelinə keçid ölkə sənayesinin inkişafına, rəqabət qabiliyyətli məhsulların xarici bazarlara ixrac edilməsinə və spesifik sahələr üzrə peşəkar kadrların formalaşdırılmasına öz töhfəsini verəcək. Qeyd edilən dəyişikliklər beynəlxalq standartları və təcrübəni nəzərə almaqla həyata keçirilir.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-də təşkilati və biznes idarəçilik istiqamətində struktur dəyişikliyi çərçivəsində yeni Biznes Vahidlər və Müştərək şirkətlər yaradılıb. Əsas istehsal sahələri üzrə “STP Aluminium”, “STP Global Cable”, “STP Metal Structures” və digər törəmə müəssisələr təsis edilmişdir. STP-nin tərkibində fəaliyyət göstərən bir sıra istehsalat müəssisələri və sahələri aidiyyəti üzrə bu şirkətlərin tərkibində inkişaf etdiriləcəkdir. STP də daha çevik və şəffaf idarəçiliyi nəzərdə tutan struktur dəyişikliyinin tətbiqi müəssisələrə öz istiqamətlərinə fokuslanmağa, yenilikləri  daha sürətlə tətbiq etməyə, məhsul çeşidinin genişləndirilməsinə, müştəri ehtiyacına daha çevik reaksiya verməyə şərait yaradacaq.

Bu günə kimi Texnoparkın istehsal etdiyi məhsullar və xidmətlər Azərbaycanın müxtəlif bölgələrində aparılan nəhəng infrastruktur layihələrində geniş tətbiq olunub.

STP komandası olaraq ölkə tələbatını maksimum ödəmək, ölkə xaricində “Made in Azerbaijan” markasını inkişaf etdirməklə yanaşı, işğaldan azad edilən  torpaqlarımızda aparılacaq yenidənqurma işlərində fəal iştirak etmək üçün indidən hazırlıq proseslərinə başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər