“Sumqayıt Texnologiyalar Parkı” şirkəti məhkəməyə verdi – BORCA GÖRƏ

1712

“Sumqayıt Texnologiyalar Parkı” MMC “BSS-Group” MMC-ni məhkəməyə verib. 

Unikal.org xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mütaciət edən “Sumqayıt Texnologiyalar Parkı” ümumilikdə 153 693 manat pul borcunun tutulmasını istəyib.

Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına  gəlməyib, həmçinin gəlmədiklərinin səbəbi barədə də məhkəməyə məlumat verməyib və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməyiblər.

Məhkəmə iddia ərizəsini baxılmamış
saxlayıb.

Qeyd edək ki, “BSS-Group” MMC 2010-cu ildə təsis edilib. Şirkət müasir tələblərə uyğun tikilən geniş həcmli mehmanxanalarda, idman komplekslərində, istirahət evlərində, ticarət sahələrində, restoranlarda, idarə və ofislərdə, yaşayış binalarında və müxtəlif təyinatlı ictimai-iaşə, məişət, istehsalat binalarında beynəlxalq standartların tələblərinə cavab verən havalandırma sistemlərinin quraşdırılması, isitmə və soyutma təchizatı, su təchizatı və kanalizasiya, avtomatik idarəetmə sistemləri və elektrik təchizatı işlərini və servis xidmətini həyata keçirir.

Ali Osmanov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər