Sumqayıt Tibb Mərkəzi əhaliyə göstərilən xidmətin sayını açıqladı

817

Sumqayıt Tibb Mərkəzi (STM) aprel ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.
sumqayitxeber.com xəbər verir ki, açıqlanan statistik rəqəmlərə əsasən aprel ayı ərzində STM-in tabeliyində olan tibb müəssisələrində 104255 ambulator müraciət, 156659 sayda isə ambulator xidmət qeydə alınıb. Stasionar müraciət sayı isə 3801, xidmət isə 78806 təşkil edib.
STM-in tabeliyində olan xəstəxanalar arasında ən çox xidmət sayı 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında olub. Belə ki, həmin xəstəxanada şəhər əhalisinə 35017 xidmət göstərilib. Sumqayıt Uşaq Xəstəxanasında isə şəhərin uşaq əhalisinə 30876 sayda xidmət olunub.
Ailə Sağlamlıq Mərkəzlərinə gəldikdə isə (ASM) ən çox tibbi xidmət 2 nömrəli ASM-də göstərilib. Sözügedən tibb müəssisəsində dislokasiya ərazisinə uyğun olaraq 10768 sayda xidmət göstərilib. 1 nömrəli ASM-də isə bu rəqəm 8674 təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər