“Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxs işçi qəbulu elan edib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Mərkəzə ümumi cərrah, anestezioloq-reanimatoloq, kardioloq, infeksionist, neyrocərrah, mama-ginekoloq və şüa diaqnostikası üzrə həkim vəzifəsi üzrə vakansiyalar açıqlanıb. İşə qəbul olmaq istəyən şəxslər anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə doctors@its.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.