Sumqayıt univermağında işçilərin namazgah bağlanıb. Bu barədə FaktXeber-ə adının çəkilməsini istəməyən univermaq işçiləri məlumat veriblər. Zaman İsgəndərova və onun oğlu, keçmiş millət vəkili Nizami İsgəndərova məxsus olan univermağın ayaq yolunda dəstəmaz almağa belə icazə vermirlər. “Bir neçə gün bundan öncə ayaq yolu qapısına 20 qəpiklik keçid aparatı quraşdırılıb. Əvvəllər də 20 qəpik verib istifadə edirdik. Lakin problem ondadır ki, ayaq yoluna nəzarət edən işçilər, dəstəmaz almağa belə icazə vermirlər. Bununla bağlı rəhbərliyin tapşırığının olduğunu söyləyirlər. ”
Digər bir mənbənin verdiyi məlumata görə, Nizami İsgəndərovun belə bir addım atmasının səbəbi namaz otağına həddən çox vəhhabi əqidəsinə məxsus şəxslərin yığışması olub: “İndi qurunun oduna biz də yanmışıq. Vəhhabilərə görə biz də namaz otağından məhrum olmuşuq.”
Qeyd edək ki, univermağın yanında yerləşən Cavid Ticarət Mərkəzi də Nizami İsgəndərova məxsusdur. Bir neçə il bundan öncə Nizami İsgəndərov ticarət mərkəzində fəaliyyət göstərən hicablı xanımların işdən çıxarılması ilə bağlı göstəriş vermişdi.
Mənbə: faktxeber.com