www.sumqayitxeber.com ANS PRESS-ə istinadən məlumat verir ki, Sumqayıt 60 illik yubileyini qeyd etdiyi bir vaxtda onunla qardaşlaşmış şəhərlər sırasına Avstriyanın Lins şəhəri də daxil olacaq. Hazırda tərəfdaşlıq haqqında sənədin imzalanması ilə əlaqədar danışıqlar başa çatır, bəzi təfərrüatlar dəqiqləşdirilir. Bu il Avropanın mədəniyyət paytaxtı elan edilmiş Lins Avstriyanın iri sənaye şəhəridir. Sumqayıt İcra Hakimiyyəti başçısının adına Linsin meri Frans Dobusdan sazişin imzalanması mərasiminə dəvət məktubu gəlib.
Sumqayıt 10 ölkədən 14 şəhərlə, o cümlədən Türkiyənin Ceyhan, Ukraynanın Çerkassı, Çinin Çudjou, Belarusun Mogilyov, İtaliyanın Bari, habelə Almaniyanın Lüdviqshafen şəhərləri ilə qardaşlaşmışdır. Sonuncu ilə dostluq və tərəfdaşlığın 30 illiyi 2007-ci ildə qeyd olunmuşdu.
Lins, böyüklüyünə görə Avstriyanın üçüncü şəhəridir. Şəhərin ərazisi 96,1 kv.km., əhalisi 200 min nəfərdir. Müasir Lins dinamik sənaye, təsərrüfat və 1000 illik tarixə malik mədəniyyət şəhəridir.
Sumqayıt və Avstriyanın Lins şəhərləri qardaşlaşır
•
1078
Hazırda tərəfdaşlıq haqqında sənədin imzalanması ilə əlaqədar danışıqlar başa çatır, bəzi təfərrüatlar dəqiqləşdirilir