Sumqayıt və Şamaxı EŞ müəssisələrində reydlər keçirilmişdir

709

İstehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması istiqamətində Sumqayıt və Şamaxı Elektrik Şəbəkəsi (EŞ) müəssisələrində reydlər keçirilmişdir.
“Azərenerji” ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin ötən iki ayında Sumqayıt EŞ müəssisəsində 570, Şamaxı EŞ müəssisəsində isə 29 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Sumqayıt EŞ müəssisəsi üzrə 1 milyon 406,5 min kilovat-saata yaxın, Şamaxı EŞ müəssisəsi üzrə 34,5 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər