Sumqayıt YAP-çıları dini dözümlüyü müzakirə ediblər – FOTOLAR

1370
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “İnkişaf edən Azərbaycan gənclərinin həyatında multikulturalizmin, dini dözümlüyün və tolerantlıqın yeri” adlı tədbir keçirib.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı sədrin gənclərlə iş üzrə müavini Elmar Xəlilov, sədrin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov və Qırmızı Aypara Cəmiyyəti Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova iştirak ediblər.
YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov tədbir iştirakçılarını salamlayaraq, Mültikutluralizmin, tolerantlıqın və dini dözümlüy haqda danışıb. Deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sonra mültikutluralizmin, tolerantlıqın və dini dözümlüy barədə sənədli – qısa metrajlı film izlənilib. Ardınca YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri Esmira Əhədova – Mültikutluralizm, Gülşən Rüstəmova – Dini dözümlük, Ramil Fərəcov – Tolerantlıq haqda çıxışlar ediblər.
Qırmızı Aypara Cəmiyyəti Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova Sumqayıtda yaşayan digər millətlərin kimsəsiz ahıllara, xəstə insanlara, yardım, digər göstərdikləri xidmətlər haqda qonaqlar və tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İcra Hakimiyyətinin şöbəsinin müdir müavini Fərman Kazımov tolerantlığın Azərbaycanın dövlət siyasəti olduğunu bildirib və bu mühitin qorunub saxlanılması üçün görülən işlərdən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt Cümə Məscidinin imam köməkçisi Əli Şərbətov, Azərbaycandakı fəaliyyət göstərən “Gürcüstan yəhudiləri” İsrail Hüquq Mərkəzinin rəhbəri Mirİsmayıl Zalov, Sumqayıt Xristian Molokan Dini İcması rəhbəri Matrenka Ana , Həyat sözü-2 Xristian Dini İcmasının sədri Elçin Paşayev çıxışlar ediblər.
YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov Ulu Öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri… ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” sözlərini xatırladıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər