Sumqayıt şəhər YAP Gənclər Birliyi “ Sumqayıt hadisələrinə” həsr olunmuş dəyirmi masa keçirilmişdir
Sumqayiteber.com -un məlumatına görə, Sumqayıt şəhər YAP Gənclər Birliyi “ Sumqayıt hadisələrinə” həsr olunmuş dəyirmi masa keçirilmişdir. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə «Sumqayıt şəhər Tarxi Muzeyinin » direktoru Olya İslamova, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov , YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov və Sumqayıt Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov “1988-ci il fevralın 28-də İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıt hadisələrinin törədilməsi, həmin il fevralın 27-29-da baş verən bu qanlı hadisələr nəticəsində 32 nəfər – 26 erməni və 6 azərbaycanlı öldürülməsi, onlarla şəxsin yaralanması haqqında məlumat verdi. Sumqayıt hadisələrinin hazırlanmasında və həyata keçirilməsində erməni millətçilərinin, Moskvada və xaricdəki havadarlarının əli vardır və əminliklə vurğuladı ki, Sumqayıt hadisələrinə siyasi qiymət veriləcək, ermənilərin bütün cəhdlərinə baxmayaraq şəhərimiz üzərindən qara ləkə götürüləcəkdir – deyə əlavə edib.
Daha sonra məruzə üçün söz «Sumqayıt şəhər Tarxi Muzeyinin » direktoru Olya İslamovaya verilib. Olya İslamova çıxışında Sumqayıt hadisələrinin fonunda bir çox mətləbələrə aydınlıq gətirdi. Sovet Dövlət Təhlükəsizlik Komitəsinin mətbəxində hazırlanan qanlı ssenaridə guya ermənilərin əzildiyi, haqlarının tapdandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım, işğalçılıq siyasətinin əsası qoyuldu.
Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov verilib. O, çıxış edərək tədbir iştirakçılarına Qarabağda yaradılan “Krunk” komitəsinin haqqında tədbir iştirakçılarına məlumat verdi. Hər ay hər bir erməni öz məvacibindən müəyyən məbləği Stepanakertə ötürülməsi, Sumqayıt hadisələrindən bir neçə ay qabaq ermənilər əmanət kassalarından pulları kütləvi surətdə çxarmağa başladılar. Çünki Sumqayıtda tezliklə qan tökülcəyi haqda xəbərləri var idi. Bu, bir daha onu sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi –deyə əlave edib.
Geniş diskussiya şəraitində keçən tədbirdə SDU-nin GB sədri Aysel Məmmədova, SDU-nun tələbəsi İranə Abdullayeva, AzMİ-nun tələbəsi Amal Əsgərov Sumqayıt hadisələri ilə bağlı öz fikirlərini tədbir iştirakçılarına çatdırdılar.
Yekun söz üçün YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilova verildi. Elmar Xəlilov tədbirdə çıxış edərək tədbirin keçirilmə məqsədindən danışmış, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, onun mahiyyətindən danışmışdır. Çıxışında Sumqayıt hadisələri müfəssəl olaraq bir daha təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi – deyə əlavə edib.