Sumqayıt yaxınlığında avtobus minik avtomobili ilə toqquşdu

917

Bakı-Quba avtomobil yolunda 2 saylı sərnişin avtobusu “VAZ – 2106” markalı minik avtomobili ilə toqquşdu.

Sumqayıt şəhər polis idarəsindən 1news.az-a verilən məlumata görə qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında baş vermişdir.

Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü Şahin Poladov vəfat etmiş, onun sərnişini Azər Rüstəmov isə xəstəxanaya çatdırılmışdır.

Faktla bağlı təhqiqat aparılır. İlkin məlumatlara görə YNH-ın səbəbi çətin yol şəraiti və qardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər