Sumqayıt yol polisində özbaşınalıq – ARAŞDIRMA

942

Çavuş Nurəddin Bayramov: “Qaydanı pozmusan, məni yola sal. Hələ radarı demirəm…” Yol polisləri və yol nişanları avtomobillərin hərəkətinin tənzimlənməsində böyük rol oynayır. SİA-nın məlumatına görə, müstəqil ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi qarşıda durur. Bununla yanaşı, bu ideal vəzifələrin daşıyıcısı olan yol polisləri arasında özünün şəxsi mənafe və maraqlarını hər şeydən üstün tutan işbazların da fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir. Yenidən “Səs” İnformasiya Agentlyinə (SİA) daxil olan çoxsaylı müraciətlər əsasında agentlik əməkdaşları, yerlərdə mütəmadi olaraq apardıqları müşahidələr nəticəsində, topladıqları faktlarla ictimayyəti məlumatlandırmaqa davam edir. SİA-nın son araşdırmaları göstərir ki, yol hərəkəti qaydalarını pozanlar üçün cərimələr yüksək həddə çatdırılandan sonra yollarda vəziyyət daha da dəyişib. Bundan sui-istifadə edən bəzi yol polisləri xeyli sayda narazılıq və şikayətlər üçün əsas mövzu obyekti olub. Beləki, cərimələrin artırılması bəzi işbaz yol polislərinin maddi iştahlarının daha da artmasına gətirib çıxarıb. Yol hərəkəti sürətinin nə qədər olması haqqında göstərici olmadığı halda yollara “təyin” edilən xüsusi işbazların qeyri-qanuni olaraq, nəqliyyatın hərəkətini müşahidə edərək, mobil telefonla yol polislərinə məlumat ötürməsi vəziyyəti daha da çətinləşdirib. SİA-ya daxil olan müraciətlərdə vətəndaşlar Sumqayıt şəhər sakinləri – Vəliyev Pərviz, Ağasıyev Mahmud, Verdiyev Alim, Məmmədov Aqil, Səlimov Xudayar, taksi sürücüsü Mərdanov Camal şəhər yol polisinin tabeçiliyində olan post patrul əməkdaşlarının fəaliyyətindən cana doyduqlarını bildiriblər. Şəhər yol polisinin tabeçiliyində olan yol polis əməkdaşı çavuş Bayramov Nurəddin idarə etdiyi 10 YP 602 dövlət nişanlı “Passat” markalı xidməti avtomobillə sürücülərə qarşı əsassız müdaxilələr edir. Müraciətdə qeyd edilir ki, çavuş Nurəddin Bayramov heç kimə məhəl qoymadan sürücülərə qarşı əsası olmayan protokollar tərtib edərək, cərmələyir. Ən yaxşı halda rüşvət alaraq onları “yola verir”: “Qaydanı pozmusan, məni yola sal. Hələ radarı demirəm. Protokol tərtib edirəm”. Haqlı narazılığa səbəb olan bu məsələnin araşdırılması ilə məşğul olan SİA-nın bölgə muxbirini təhqir edən B.Nurəddin heç kimdən qorxmadığını və kimliyindən asılı olaraq, heç kimə hesabat vermək məcburiyyətində olmadığını bildirib. Qeyd edək ki, Dövlət Yol Polisinin əsas vəzifələrində göstərilir ki, “Hərəkətin təhlükəsizliyinin təbliği” sahəsinə aşağıdakılar daxildir: • Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə hərəkətin təhlükəsizliyinin təbliği üzrə işin səmərəsini yüksəltmək sahəsində tədbirlər hazırlanması, əhalinin yol hərəkəti sahəsində mövcud qanunvericiliklə əlaqədar maarifləndirilməsi işinin təşkili; • Məktəbəqədər müəssisələrdə, məktəblərdə və tədris müəssisələrində yol hərəkəti qaydalarının öyrənilməsinə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə tədris proqramları vəsaitlərinin hazırlanmasının təşkili; • Uşaq yol-nəqliyyat travmatizminin qarşısını almaq üzrə tədbirlər keçirilməsində nazirliklərə, idarələrə və başqa təşkilatlara yardım göstərilməsi; • Yol hərəkəti qaydalarının təbliği və nəqliyyat vasitələri sürücülərinin şəxsi məsuliyyətinin artırılması sahəsində ictimai qurumlarla əlaqələr yaradılması; • Dövrü mətbuatda, radio və televiziyada yol hərəkəti təhlükəsizliyinin təbliğinin təşkil edilməsi; • Yol hərəkətinin təbliğinə dair mətbuat vasitələrinin nəşrinin təşkili.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər