Sumqayıt yolunda ağır qəza: ana və 2 yaşlı oğlu öldü

2966

Sumqayıt-Novxanı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın məlumatına görə, Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yolu istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 81 yaşlı Əliyev Şamil Əlihüseyn oğlunun idarə etdiyi “Volvo” markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobil, 64 yaşlı Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi “Hyundai” markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobildə olan sərnişin, 25 yaşlı Rüstəmova Türkanə Məmməd qızı hadisə yerində dünyasını dəyişib.

Xəstəxanaya yerləşdirilən yaralılardan T.Rüstəmovanın 2 yaşlı övladı Quliyev Yusif Orxan oğlu orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər