Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.
“Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan keçən 20 yaşlarında olan gənc oğlanı vurub. Qəza nəticəsində piyada – 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb. Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çirpıb. Sürücü – 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və sərnişin – 1995-ci il təvəllüdlü Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.