Sumqayıt yolunda piyadanı maşın vuraraq öldürüb

1412

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü yerli sakin Qəmbərov Afiq Həsən oğlu magistral yolu keçərkən onu qarşı tərəfdən sürətlə gələn avtomobil vurub.

Yaralı ağır vəziyyətdə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yolun hadisə baş verən hissəsində işıqlandırma sisteminin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə mikroavtobus piyadanı vurub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər