Sumqayıt yolundakı dəhşətli qəzanı törədən maşını yol polisi niyə tapmaq istəmir?

650

Bazar günü axşam saat 12 radələrində Bakı-Quba yolunun 11.7 km-liyində, Xırdalan qəbiristanlığı ilə üzbəüz sahədə ağır yol qəza hadisəsi baş verib. Qəzada ölüm halı olmasa da, baş verən qəzanın dəhşəti böyük bir faciənin sovuşduğunu göstərir. Belə ki, axşam saatlarında Bakı şəhərindən Masazır qəsəbəsində yerləşən evinə qayıdan tanınmış sosioloq Cavid İmamoğlunun 90 XU 245 dövlət nömrə nişanlı “Lada 015” markalı maşını arxadan yüksək sürətlə gələn başqa bir avtomobil tərəfindən vurulub. Dəhşətli yol qəzasından sağ-salamat xilas olan sosiloq hadisəylə bağlı Abşeron rayon Yol Polis İdarəsinin Saray postuna məlumat verib. Üstündən 4 gün keçməsinə baxmayaraq, cinayəti törədib hadisə yerindən qaçan avtomobil tapılmayıb. Kamera qeydlərinə baxan polislər bildirib ki, avtomobil qəzanı törətdikdən sonra yol boyu işığını söndürüb getdiyi üçün kameralara düşməyib.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, avtomobil işığını söndürüb getsə belə, sözügedən yolda işıqlandırılma yüksək səviyyədə olduğu üçün qəzanı törədənin tapılması o qədər də çətin iş deyil. Bundan əlavə, qəzanın baş verdiyi yerdən bir neçə yüz metr aralıda, həmçinin Xırdalan dairəsində quraşdırılmış yüksək keyfiyyətli təhlükəsizlik kameralarının qeydlərinə baxmaqla da, həmin ərazidən qəzanın baş verdiyi vaxtdan cəmi bir neçə dəqiqə əvvəl keçən maşını, onun dövlət nömrə nişanını, həmçinin sürücüsünü də görmək mümkündür.

Bundan əlavə avtomobildən qırılıb düşmüş parça ilə belə, sözügedən qəzanı törədən avtomobili tapmaq mümkündür. Bir halda ki, qəzanın törədən maşının ağ rəngdə olduğu, detalının hadisə yerində qaldığı, hadisənin baş verdiyi saat məlumdur, nə var bunu tapmağa?

Biz sadəcə kiçicik bir araşdırma ilə qəzanı törədən avtomobilin qırılmış detalıyla onun 90 faiz SEAT EXEO olduğunu müəyyənləşdirə bildik. Və bunu heç bir kamera qeydinə baxmadan müəyyənləşdirdik.

Ümid edirik ki, əlaqədar orqanlar dərhal baş vermiş hadisəylə bağlı hərəkətə keçərək, cinayətkarı tapıb, cəzalandıracaq.

Yəqin ki, qəzanı törədib hadisə yerindən qaçan da onu neçə maddə ilə cinayət işi gözlədiyini gözəl bilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər