Sumqayıta 3milyon manat ayrılıb

1015

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər