Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.
Bu barədə “Trend”ə Sumqayıt şəhər İcra Hakimiyyətinin “SumqayıtNəqliyyat” MMC-in rəhbəri Xannı Rüstəmov deyib.
Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:
“Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur”.
Qeyd edək ki, ötən il şəhərdaxili sərnişindaşıması ilə məşğul olan sahibkarlara məxsus köhnə, istismara yararsız, kiçik tutumlu və uyğunlaşdırılmış 200-dən artıq avtobusun marşrutlardan çıxarılması və yeni komfortlu Türkiyə istehsalı olan müasir avtobuslarla təmin edilməsi istiqamətində işlər davam etdirilib. Türkiyə istehsalı olan müasir 120 ədəd avtobus gətirilərək xətlərə buraxılmışdır. Şəhərdə yeni müasir tipli dayanacaqlar quraşdırılmışdır.
DİGƏR SAYTLARDA :
https://news.day.az/azerinews/979088.html
https://az.trend.az/azerbaijan/society/2862864.html
https://news.milli.az/country/626899.html
http://azxeber.com/az/sumqayitin-neqliyyat-problemi-hell-olundu-70-yeni-avtobus-getirilir/