Bu gün (13 iyul) Sumqayıt şəhərində Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin konfrans zalında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin təşkilatçılığı ilə “Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin yeni yollarının müzakirəsi” mövzusunda tədbir keçirilmişdir. 2 saat davam edən görüşdə “ORT” televiziyasının aparıcısı Maksim Şevçenko, Beynəlxalq Həyəcan Təşkilatının əməkdaşı Desislava Rusanova kimi əcnəbi qonaqlarla yanaşı hüquq müdafiəçiləri Səidə Qocamanlı, Səadət Bənanyarlı, Əvəz Həsənov da iştirak etmişdir. Aynur Baxşəliyeva