Sumqayıt şəhərinə yeni hərbi prokuror təyin olunub.
Trend-in məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin olunub.
Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiqləyib.