Sumqayıtda 10 il əvvəl dayısı oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

801

Sumqayıtda 10 il öncə dayısı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Fuad Qasımovun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2012-ci ilin iyununda Novxanı çimərliyində qeydə alınıb.

Abşeron rayonu, Saray qəsəbə sakini Ceyhun Bayramov Novxanı çimərliyində boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı rayon Prokurorluğunda ibtidai istintaq aparılıb.

İstintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılıb.

Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq C. Bayramovun dayısı oğlu F.Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib.

F.Qasımov 2022-ci il fevralın 8-də rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu C.Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər