Sumqayıtda 100-ə yaxın ailənin həyatı təhlükə altında

819

Sumqayıt şəhəri, 8-ci mikrarayon 26-cı binada yaşayan 100-ə yaxın ailənin həyatı təhlükə altındadır.

Bu barədə “AzeriNews.org”a bina sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, binanın zirzəmisi tamamilə kanalizasiya suları ilə dolub və bina hər an çokə bilər. Bina sakinlərindən biri Tanya Əkbərova bildirir ki, artıq ölümlərini gözləri önünə gətirən sakinlər gecələr səksəkə içində yatırlar. Məsələ ilə bağlı isə sakinlər dəfələrlə icra hakimiyyətinə şəhərin su kanal və kanalizasiya idarələrinə mürəciət etsələr də buna məhəl qoyan olmayıb: “Yağan yağış suları məhəlləni bərbad hala salıb. Palçıq əlindən küçədə yerimək mümkün deyil. Binanın zirzəmisi kanalizasiya suyu ilə dolub. Evimizdə isə üfunət iyindən otura bilmirik. Artıq binanın bünövrəsinin kanalizasiya suları yuyub aparıb. Bu isə binanın hər an çokməsinə gətirib çıxara bilər. Baxmayaraq ki, icra hakimiyyətinə və müvafiq qurumlara müraciət etməyimizə bu problemlə bağlı kimsə maraqlanmır”. Tanya Əkbərova daha sonra qeyd edir ki, binanın divarlarında çatlar əmələ gəlib. Hətta bloklarda bu çatlar açıq aydın sezilir: “Su və kanalizasiya xətləri çürüyüb sıradan çıxdığından binanın zirzəmisi gölməçəyə dönüb. Çürük turbalardan axan kanalizasiya və içməli suyun zirzəmiyə dolması naticəsində ağcaqanad əlindən evdə oturmaq mümkün deyil. Binanın tüstü bacası uzun illərdir təmizlənmir. Evlərdə qaz yananda adam boğulur. Dəm qazının evlərə dolması isə insan həyatı üçün təhlükəlidir. İcra başçısı Eldar Əzizov və müvafiq qurumlar isə gözləyirlər ki, nə vaxtsa bina çöksün, ölüm-itim olsun sonradan onlar əl-ayağa düşsünlər”.

Tanya Əkbərova və binanın digər sakinlər qəzetimiz vasitəsilə müvafiq qurumlardan sözü gedən məsələnin həllində onlara köməklik göstərilməsini istəyirlər. Əks halda faciə yaşanması istisna deyil.
AzeriNews

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər