Sumqayıtda 14 mərtəbəli binada yanğın – FOTOLAR

1007
Ötən gecə saatlarında Sumqayıt şəhərində yaşayış binaların birində yanğın olub. Xeberle.com-un məlumatına görə, Hadisə şəhərin 13-cü mikrorayonunda Niyazi küçəsində 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində qeydə alınıb. 2 otaqlı mənzildə alovun qarşısını almaq məqsədi ilə, dərhal hadisə yerinə FHN-nin Sumqayıt şəhər yanğından mühafizə idarəsinin 5 -ə yaxın yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir vaxtda ram edilib və digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində 96 kvadratmetr sahəsi olan mənzilin eyvanında 10 kvadratmetr sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi əriyib.
 Qeyd edək ki,yanğın baş verən vaxt mənzil sahibi evdə olmayıb və evdə təmir işlərinin aparıldığı bildirilir. Yanğının dəqiq səbəbləri araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər