Sumqayıtda 143 “sosial ev” satılıb

781

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıdan kənarda ilk layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə satışa çıxarılan 144 mənzildən 143-ü alınıb.

Bu barədə “Report”a MİDA-dan bildirilib.

Məlumata görə, “sosial ev”ə sahib olmuş vətəndaşlardan 19-u onu öz vəsaiti hesabına, 124-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib. Mənzil alanların 48-i müəllim, 44-ü hərbi qulluqçu, 16-sı məcburi köçkün və ona bərabər tutulan şəxs, 1-i şəhid ailəsinin üzvü, 34-ü qalan kateqoriyalardan olan şəxslərdir.

Mənzil əldə etmiş şəxslərin 84-ü 22-35 yaş arası, 34-ü 36-50 yaş arası, 25-i 50 yaşdan yuxarı olub. Alınan mənzillərin 72-si 2 otaqlı, 35-i 3 otaqlı, 18-i 1 otaqlı studio, 18-i 1 otaqlıdır. İki otaqlıların 67-si, üç otaqlıların 34-ü, bir otaqlı studioların 12-si, bir otaqlıların 11-i ipoteka krediti hesabına alınıb.

Satışın nəticələri barədə daha detallı məlumatlarla buradan tanış olmaq mümkündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər