15 iyun Milli Qurtuluş Günü münasibətilə Sumqayıtın Tarixi Muzeyində “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin və xalqının xilaskarıdır” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov tədbirinin iştirakçıları salamlayaraq, 15 iyun Milli Qurtuluş gününə gedən yol, mahiyyəti, Heydər Əliyevin hakimiyyətə qayıdışı mövzüsündə çıxış edib.
Daha sonra YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Gündüz Əliyev məruzə ilə çıxış edib. Vurğulayıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
Qeyd olunub ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artır
Tədbirdə Şəhər təsərrüfatı ərazi ilk təşkilat sədrləri, Qadınlar Şurasının üzvləri, Gənclər Birliyinin fəalları iştirak ediblər.
Mövzu ilə bağlı YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Texniki Kollecin direktoru Mətanət Pirquliyeva, Sumqayıtın Tarixi Muzeyinin ərazi ilk təşkilat sədri, YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının sədr müavini Səidə Səfərova, YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Corat qəsəbə Ərazi ilk partiya təşkilat sədri Rahib Abbasov mövzu ətrafında çıxış ediblər.