Sumqayıtda 1578 nəfər işlə təmin olunub, 1110 ictimai iş yeri açılıb -RƏSMİ

724

Hesabat dövründə sosial yardıma ehtiyacı olan vətəndaşlara yardım verilməsi, pensiya və müavinatların vaxtında ödənilməsi davam etdirilib. Ünvanlı sosial yardımla əlaqədar 7651 ailəyə 3824,2 min manat yardım təyin olunub.

sumqayitxeber.com  xəbər verir ki, bu fikirlər Sumqayıt şəhərində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Qeyd olunub ki, şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə 3905 nəfər işaxtaran müraciət edib və onlardan 1578 nəfər işlə təmin olunub, 609 nəfərə işsizlik müavinatı təyin edilib və 60 nəfər peşə kurslarına cəlb olunub.

Ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 1110 ictimai iş yerləri açılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər