Sumqayıtda 17 yaşlı oğlanı yaşadığı evdə öldürmək istədilər — MƏHKƏMƏ

1466

Sumqayıt şəhərində qətl törətməyə cəhddə təqsirli bilinərək məhkum olunan Rəşidov Ataş Nüsrət oğlu Ali Məhkəməyə müraciət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək məhkum edilən Rəşidov Ataş Nüsrət oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.
Onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Məhkəmə baxış iclası fevral ayının 12-nə təyin olunub.
Qeyd edək ki, qanlı hadisə keçən il baş verib. Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 35b, mənzil 9 ünvanında 2001-ci il təvəllüdlü Bəxtiyar Elnur oğlu Allahverdiyev yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Ataş Rəşidov polis əməkdaşları tərəfindən saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər