Sumqayıt şəhərində 2-ci sinif şagirdini avtomobil vurub.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə 4-cü məhəllə ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü Məmmədov Mehti Fərhad oğlu yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.