Sumqayıtda “20 Yanvar Faciəsi”ilə bağlı tədbir keçirildi

2109

20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “20 Yanvar – Müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixidir” adlı dəyirmi masa və rəsm sərgisi keçirilib.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzininsərgi salonunda Bakı küçələrində azadlıq istəyən geniş xalq kütlələsinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə, video çarxa baxış keçirmiş və yeniyetmələrin ifasında şeirləri dinlənilmişdir.

Daha sonra Mərkəzin Konfrans zalında davam edən tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov1 990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçdiyini, keçmiş Sovet İttifaqınınhərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdənbiri olduğunuqeyd edib. Bildirildi ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il “Qanlı Yanvar Faciəsi” nə hüquqi-siyasiqiymət verildi və terror aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görüldü. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu ildə Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 20 Yanvar dairəsində memorial abidə kompleksiucaldılmışdır. Hər il xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, əziz xatirələrini böyük ehtiramla yad edir.

Digər çıxış edənlər Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Yeni Azərbaycan Partiyası şəhər Təşkilatının sədr müavini Elmar Xəlilov, Gənclər Evinin direktoru Pəri Vəliyevahəmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdilər.

Sonda iştirakçılara Baş İdarənin “20 Yanvar” adlı məlumat xarakterli bukletləri paylanıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər