Bu gün Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının ifasında faciə ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda mərasim zamanı faciəni əks etdirən video lentlər də nümayiş olunub.