Sumqayıtda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib – FOTO

3901

Bu gün Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Ümumxalq Hüzn Günü böyük izdihamla qeyd olunub.

Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları , hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.

Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olub, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub.

1990-cı ilin yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən Bakıya qayıdan zaman onların olduğu avtomobilini əzərək üstündən keçmişdir. Hadisə nəticəsində hər üç alimimiz amansızcasına qətlə yetirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər