Sumqayıtda gənc qız yaşadığı evdə ölü tapılıb.
Trend-in məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Dövlətzadə Günel Əlibaba qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.
G.Dövlətzadənin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.